Müğənni Səidə Sultan kişilərlə bağlı tənqidlər səsləndirib.
Mynews.az-ın məlumatına görə, sənətçi "Xüsusi layihə" proqramında bildirib ki, kişilər hər zaman qadınlardan istifadə etməyə çalışırlar:
“Kişinin xanıma qarşı münasibəti ciddi olmalıdır. Qeyri-ciddidirsə, bunu deməlidir. İndiki dövrdə kişilər qadınlardan sui-istifadə edirlər. Çox qızlar evlilik adı ilə görüşürlər və sonda oğlan deyir ki, bağışla, məni evdən başqası ilə evləndirirlər.
Heç vaxt ailə qurmaq həvəsində olmamışam, bunu önəmli saymamışam. Bacılarım evlənəndən sonra ailə mənim üçün maraqlı olmağa başladı. Arzu etmişəm ki, sevdiyim birinə ərə gedim.
Düzdür, mənimlə evlənmək istəyənlər olurdu, lakin onlara qarşı bir hissim yaranmırdı. Alan məni olduğum kimi qəbul edəcək. Haqqımda pis danışanların özləri işlərini gizli görürlər. Bəlkə də, onların elədiklərinə ağzı açıq baxaram. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub