"İşte benim stilim"in məşhur iştirakçısı göz yaşlarına boğuldu - VİDEO

736
"İşte benim stilim"in məşhur iştirakçısı göz yaşlarına boğuldu - VİDEO
Türkiyədə Kanal D telekanalında yayımlanan "İşte benim stilim" dəb yarışmasının məşhur iştirakçısı Bahar Candan yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.
 
BAKU.WS xəbər verir ki, qalmaqallı iştirakçı ayaqqabısını itirdiyi üçün aləmi bir-birinə vurub. Göz yaşlarına boğulan iştirakçını təsəlli etmək üçün isə məşhur stilist Nur Yerlitaş əlindən gələni edib. Hətta ona yeni marka ayaqqabı alacağına da söz verib. Belə ki, Bahar ayaqqabısının geyinmə-soyunma otağından oğurlandığını hətta bunu azərbaycanlı iştirakçı Denizin etdiyindən də şübhələndiyini bildirib. Lakin Bahar azərbaycanlı iştirakçının əşyalarını ələk-vələk etsə də ayaqqabılarını tapa bilməyib.
 
Bir ayaqqabı üçün gənc qızın bu qədər göz yaşı tökməsi Türkiyə gündəmini zəbt edib. Əksəriyyət onu bu hərəkətinə görə tənqid edib. Bahar Candanın bir cüt ayaqqabı üçün göz yaşları tökməsinin videosu isə "youtube"də rekord sayda izlənilib.

Xəbər lenti