Metbuat.az məşhurlar arasında sorğu keçirib. Gəlin görək sevilən məşhurlar qarşıdan gələn isti yay günlərini harda istirahət edəcəklər.

Müğənni Xumar Qədimova hələ çox işi olduğu üçün istirahət yerini planlaşdırmadığını bildirib.

Müğənni Manaf Ağayev də yayı harda istirahət edəcəyini planlaşdırmadığını bildirib.

Aktrisa Mehriban Xanlarova hələ iyul ayının 15-nə kimi işləyəcəyini söylədi.
“ Çox dəvətlər var, ancaq sevdiklərimin yanında keçirmək istəyirəm.”

Əməkdar artist Baloğlan Əşrəfov doğma yayı elində- obasında keçirməyi planlaşdırır:
“İmkan tapa bilsəm doğma Masallıma gedəcəm. Yalan danışmaq mənə yaraşmaz. O bəziləri deyir, ay nə bilim Los-Angelesdə keçirəcəm filan. Mən elimin “İsti suyu”nu qoyub heç hara gedəsi deyiləm.”

Əməkdar artist Elnarə Abdulayeva heç yerə getmədiyini bildirdi:
“A sənin qadan alım, harda istirahət edəcəm ki, evimizdə. Haram var ki, elə aman versələr evdə divanda oturub dincələrəm. Nökər nədi, bekar nədi. Oxuyan görən kimi elə cibini güdürlər. Başqa dövlətə getməyə də hardadı məndə imkan.”

Müğənni Damla istirahət üçün toylardan imkanı olmadığını bildirdi.

Aparıcı Fizzə İsmayılova yay istirahətini Türkiyədə, Bodrumda keçirməyi planlaşdırır.

Müğənni Afaq Aslan isə sevdiyi insanın yanına gedəcəyini planlaşdırır:
“Harda keçirəcəm, Türkiyədə-Bodrumda.”
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub