Qalmaqallı açıqlamaları, açıq-saçıq fotosessiyaları ilə daha çox müzakirə olunan müğənni Afaq Aslan başını bağlayıb.
Mynews.az-ın verdiyi məlumata görə, başını bağlamasına səbəb tənqid olunmasıdır: “Son zamanlar ard-arda bir neçə dənə açıq-saçıq fotosessiyalar etdirdim. Buna görə çox tənqid atəşinə tuş gəldim. Yaxınlarım da mənə görə narahat oldular, məni qınadılar. Tənqidlərin çoxunu da sosial şəbəkədə yazdılar. Amma başa düşə bilmirəm ki, dünya ulduzları ölkəmizə gələndə, səhnəyə çimərlik geyimində çıxanda, onları niyə normal qarşılayırlar? Niyə onları tənqid etmirlər? Bu günə qədər şou-biznesdə açıq-saçıq fotosessiya etdirən yeganə müğənni mən deyiləm. Müğənniyəm, ümumiyyətlə bütün addımlarımla adi insanlardan seçilməliyəm. Artıq tənqidlərdən bezmişəm. Yeni fotosessiyamı başı bağlı etdirərək, insanların reaksiyasını bilmək istədim. Ümumiyyətlə qərara gəlmişəm ki, bundan sonra başı bağlı imicdə gəzim. Bu imici, ideyanı mənə stilistim Afaq verib”.
A.Aslan onu da əlavə edib ki, türkiyəli müğənni Ebru Gündeşin repertuarına müraciət edərək, “Söndürün kalbimi” adlı mahnını oxuyub.