Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam "ATV kulis" verilişində deyib. O, bu yaxınlarda rol aldığı "4 baş" filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib:
"Orada bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik. Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi.
İndi seriallarımız çoxdur, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik".
Azər yeni çəkilən komediya filmlərində söyüşlərdən istifadə olunmasını tənqid edib:
"Söyüşə qarşıyam. Bu mənim üçün komediya yox, tərbiyəsizlikdir. Nişanlını, bacını, həyat yoldaşını aparırsan filmə baxmağa. Nalayiq, tərbiyəsiz sözlər işlədilir. Komediyalara 18+ yazmırsız axı, hamının baxa biləcəyi formada verirsiniz. 8-9 yaşındakı uşaq baxır və atadan söyüşün mənasını soruşur. Bu, artıq yumor deyil. Çox deyəndə sən işsiz, çəkilişsiz qalırsan. Səni filmlərə dəvət etmirlər. Tamaşaçı yaxşını pisdən seçə bilmir. Hər üzünü güldürən insana aktyor deyir tamaşaçı. Bu gün film yox, "mırt-film" çəkirlər. Heç kim inciməsin, mügakimə etmirəm. Gəlin, mümkün qədər sənəti yerə vurmayaq. Hırıldamaq gülmək deyil".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub