Mərhum xalq artisti Gülşən Qurbanovanın bacısı Firəngiz xanım “Bizimləsən” verilişinin qonağı olub.
O, bacısının ölümündən danışıb. Bildirib ki, G.Qurbanova vaxtlı-vaxtında müalicə almırdı:
“İki dəfə infarkt oldu. İkinci dəfə 10 gündən sonra xəstəxanadan qaçdı. Dedi ki, ürəyim dözmür, dayana bilmərəm. Gedirdi efirə çıxırdı. Ürəyi üçüncü infarkta dözmədi”.
Firəngiz xanım aparıcı Zaur Baxşəliyevin “Dedilər ki, Gülşən xanım qəbirdə fırlanıb, yerini dəyişib, məzarını açmısınız” sözlərinə belə cavab verib:
“Yalan söhbətdir. Bu söz elə burda da qalsın. Biz bacımın məzarını açdırmamışıq”.
Xalq artisti Yasin Qarayev isə "Həmişə deyirdi ki, mənim ürəyim xəstə idi, səhvən ödümü kəsdilər. Bunu heç vaxt açıb-ağartmadı" söyləyib./axsam.az/

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub