Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindəki məhkum xanımlar üçün konsert proqramı təşkil edilib.
Mynews.az -ın məlumatına görə, iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə məhkum xanımlarla görüş keçirilib. Prodüser Tarix Əliyevin təşkilatçılığı ilə keçirilən bayram yığıncağında R.Əliyeva ilə yanaşı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədri Xalidə Bayramova və rəis müavini Hüseynağa Əlixanov iştirak ediblər.
Cəzaçəkmə müəssəsində qonaq olan şəxslər orada fəaliyyət göstərən toxuculuq, tikiş, xalça və digər fabriklərdə çalışan məhkum xanımlarla da tanış olublar.
Qonaqlar çıxış edərək xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onların tezliklə azadlığa qovuşmaqlarını diləyiblər.
Rəsmi hissənin ən xoş hadisəsi isə 9 məhkum xanımın şərti azadlığa buraxılması olub. Penitensiar Xidmətin rəis müavini H.Əlixanov bunun cəza tədbirlərinin humanistləşdirilməsindən irəli gəldiyini və bənzər tədbirlərin davam edəcəyini deyib.
Rəsmi hissədən sonra məhkum xanımlar üçün konsert proqramı təşkil edilib. “Nuray” İnstrumental ansamblının müşayiəti ilə müğənnilər Elton Hüseynəliyev, Yaşar Yusub, Vasif Əzimov, meyxanaçı Namiq Qaraçuxurlu mahnılar səsləndiriblər. Bayram konsertinin aparısı Cavid Gül olub.
Qonaqlar sırasında həmçinin tanınmış modelyer Afaq İsmayılzadə də iştirak edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub