ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Ramal İsrafilov olub.
Müğənni Ramal İsrafilov Morteza Paşayinin sehrli dünyasına müraciət etdikdən sonra elə ifaçının yeni mahnısı da şok effekti yaradıb:
"Yeni mahnım fars mahnısıdır. Morteza Paşayinin mahnısıdır. İnanmırdım ki, bu ifa mənim mahnılarımı da ötüb keçər. Artıq 10 gündür ki, işıq üzü görüb bir sıra ifaları geridə qoyub. Studiyadan çıxan kimi dedim, hamı kimi məni də qıraqdan çəkin! Mahnımı sevənlərimlə paylaşdım. Çox keçmədi ki, hər kəs yeni ifamla maraqlanmağa başladı. Anladım ki, "Canımın yarısı" sevilir. Ancaq "tutmağını" bilmirdim. Mahnının sözləri Rauf Sübhiyə aiddir. Musiqisi isə Morteza Paşayinindir".
O, mahnısının trend siyahısına düşməsindən də söz açıb:
"Mahnının sözlərinə baxdım gördüm ki, nə gözəl sözlərdir. Zəng vurdum ki, vaxt itirmədən aranjimanı edin, mən bu mahnını oxuyacam. O deyirlər ey, bu adamın bəxti açıldı, işi yağ kimi getdi. Mahnı necə alındısa, aranjiman da tez oldu, vaxt itirmədən studiyada mahnını oxudum və artıq "Youtube" kanalında trendlərdə yer alıb".
Ramal İsrafilovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.