Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb.
Mynews.az-ın məlumatına görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.
Buna görə də işin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. Qumral yenidən məhkəməyə gətirilərək hakim qarşısına çıxarılacaq. Hazırlıq iclası mayın 29-a təyin olunub.
T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Zərərçəkənlər müğənni Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənovdur.
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub