Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin bir neçə gün əvvəl çıxartdığı "Yıldız Tilbenin Yıldızlı Şarkıları" adlı albomunun ilk klipini əməkdar artist Röya Ayxan çəkdirib. Mynews.az-ın SİA-ya istinadən məlumatına görə, Yıldız Tilbenin 39 mahnısının 39 sənətçi tərəfindən səsləndirdiyi 4 CD-lik albomda Röya "Ummadığın Anda" parçanı səsləndirib.
Aranjımanı Səlim Çaldıran, rejissoru Orçun Mutluya aid nəğmənin klipi həm Türkiyə, həm Azərbaycanda çəkilib.
Ekran işində ilkə də imza atılıb. Belə ki, bir çox yerində şəkil çəkdirməyin qadağan olunduğu Heydər Əliyev Mərkəzi qapılarını ilk dəfə Röyanın klipi üçün açıb.
26 saat davam edən çəkilişdə sənətçiyə 50 nəfərə yaxın bir komanda köməklik edib.
Klipin yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Röya bu mahnı üçün şəxsən özü Yıldız Tilbeyə müraiət edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub