Bir neçə gün əvvəl aparıcı Azər İsmayılov oğul övladı olması ilə bağlı xəbər yayıb.
Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, o, İnstaqram səhifəsində körpə uşaqla videosunu paylaşaraq “Mənim ürəyim, həyatda uğurum. Dilək qızımın qardaşı ona uğur gətirsin. Uğurun Diləkləri həyata keçsin” sözlərini deyib. Azər paylaşımındakı şərh hissəsini də bağlayıb.
Əldə etdiyimiz məlumata görə, Uğur Azərin öz övladı yox, bacısının oğludur. Hətta Azər ikinci həyat yoldaşı Nəcibə xanımla da bu yaxınlarda ayrılıb.
Qeyd edək ki, A.İsmayılov aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.
Azər 2016-cı ildə Nəcibə adlı xanımla ailə qurmuşdu.
Son günlər isə A.İsmayılov sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə ilə bağlı paylaşımlar edirdi. Onun bu addımı sosial şəbəkədə də müzakirə olunmuşdu. İzləyicilər Azərin xanımından ayrıldığını və buna görə Vüsalə ilə bağlı paylaşımlar etdiyini yazırdı.
Aparıcının bu paylaşımlarına qarşı tərəf sərt reaksiya vermiş və onlar arasında qalmaqal yaşanmışdı.



1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub