Cazibədar görünüşünü ilə gündəmə gələn müğənni Afaq Aslanın bu vaxta qədər gizlətdiyi sirr əslində göstərdiyindən daha maraqlı imiş. Maraqlı olan məqam A.Aslanın bu vaxta qədər gizli saxladığı ailə həyatı ilə bağlıdır.
Mynews.az xəbər verir ki, Criminal.az saytının əldə etdiyi məlumata görə, A.Aslanın Azərbaycanda tanınmış ailənin gəlini olub. Onun keçmiş həyat yoldaşı Ramiz Ağayev zəngin iş adamı olub. O, ötən ilə qədər prezidentin köməkçisi olmuş Tariyel Ağayevin əmisi oğludur.

Tariyel Ağayev
Əldə etdiyimiz məlumata görə, R.Ağayev hazırda həbsdədir. Onun hansı səbəbdən tutulması barədə məlumatsızıq.
A.Aslan Criminal.az saytına açıqlamasında bildirdi ki, şəxsi həyatı ilə bağlı mətbuata heç vaxt açıqlama vermək istəməyib. Onun sözlərinə görə, R.Ağayevlə ailəli olması doğrudur: ''İnstitutu bitirən kimi ailə həyatı qurmuşam. 20 yaşında artıq ailəli idim. Həmin ərəfədə memarlıq fəaliyyəti ilə məşğul idim. Özümün şəxsi inşaat şirkətim vardı. 2010-cu ildə, evliliyimizdən ilyarım sonra ayrıldıq və mən onu xatırladan hər şeyi həyatımdan sildim''.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub