azibədar görünüşünü ilə gündəmə gələn müğənni Afaq Aslanın bu vaxta qədər gizlətdiyi sirr əslində göstərdiyindən daha maraqlı imiş. Maraqlı olan məqam A.Aslanın bu vaxta qədər gizli saxladığı ailə həyatı ilə bağlıdır.
Mynews.az xəbər verir ki, criminal.az saytının əldə etdiyi məlumata görə, A.Aslanın Azərbaycanda tanınmış ailənin gəlini olub.
Onun keçmiş həyat yoldaşı Ramiz Ağayev zəngin iş adamı olub. O, ötən ilə qədər prezidentin köməkçisi olmuş Tariyel Ağayevin əmisi oğludur.
Əldə etdiyimiz məlumata görə, R.Ağayev hazırda həbsdədir. Onun hansı səbəbdən tutulması barədə məlumatsızıq.
A.Aslan açıqlamasında bildirib ki, şəxsi həyatı ilə bağlı mətbuata heç vaxt açıqlama vermək istəməyib. O, R.Ağayevlə vaxtilə ailəli olduğunu təsdiqləyib:
''İnstitutu bitirən kimi ailə həyatı qurmuşam. 20 yaşında artıq ailəli idim. Həmin ərəfədə memarlıq fəaliyyəti ilə məşğul idim. Özümün şəxsi inşaat şirkətim vardı. 2010-cu ildə, evliliyimizdən ilyarım sonra ayrıldıq və mən onu xatırladan hər şeyi həyatımdan sildim''.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub