“Mart mənim üçün çox özəldir. Həyatımda çevriliş olan bir gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşam üçün ikinci şans verdi”.
Mynews.az -ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazıb.
Aparıcı bildirib ki, anasının böyrəyi ilə yaşayır:
“Deməli, belə məsləhət imiş, indiki uğurlarımı yaşadacaqmış, Rəbbim dünyanın ən gözəl hədiyyəsi- Diləyi verəcəkmiş, insanların sevgisini qazandıracaqmış. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım. Bu özəlliyimə görə çox şanslı bəndəyəm.
Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama, ailəmə, əzizlərimə borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək”.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub