Əməkdar artist Röya Ayxanla müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanıb.
Mynews.az-ın məlumatına görə, Röya bir müddət əvvəl “Necə bizim sənətimizi ucuzlaşdırırsınız? Deməli, mən Röya olmuşam təkliflərə görə? Gic-gic danışırlar. İnciməsinlər Rəqsanə və Nadirin sözü ilə?” sözlərini demişdi.
Onun bu sözlərinə Qafarzadə “Xəzər maqazin”ə açıqlamasında cavab verib. O bildirib ki, Röya haqsızdır:
“Mənim subyektiv fikirlərim var. Onu heç kimlə bölüşmək istəmirəm. Hər kəs ona hörmətlə yanaşsın. Röya özü də bilir ki, belə şeylər var. Röya adını çəkməmişəm, hamı bilir belə şeylər var. Kimi aldadırıq? Bu, Röyadan, Rəqsanədən gəlməyib. Nə qədər ki, səhnə var, bu, belə də davam edəcək. Mənə elə gəlir ki, Röya da oğluna müğənni almayacaq. Özü çəkdiyi əziyyətləri istəməz ki, oğlu da, gəlini də çəksin”.
Nadir ifaçıların sponsorlarından da söz açıb:
“Doğrudan da müğənniyə pul buraxan sponsorlar var. Amma dırnaqarası sponsorlar da var. Kor da bilir ki, balıq şordur”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub