Müğənni Natavan Həbibi ad günü məclisinə Elnarə Xəlilova və Xuraman Şuşalını dəvət edib.
Mynews.az-ın məlumatına görə, sənətçilər “Xəzər maqazin” kamerası qarşısına keçərək müsahibə veriblər. Söhbət zamanı onlar küsülü olduqları əməkdar artist Röya Ayxanı ələ salıblar.
Elnarənin Xuramana “Buna” deyə müraciət etməsinə Natavan “Xuraman xanıma" xahiş edirəm. Buna sənsən. Bu, təzə söhbətdir?” sözlərini deyərək, gülməyə başlayıb.
Xuraman isə “Bu, zarafat idi. Nə istəsələr deyə bilərlər” cavabını verib.
Natavan “W-trio” dan Elnarə və Xuraman buradadı. Səidə Sultan və Röya Ayxan haradadır” sözlərinə belə cavab verib:
“Səidə ilə Röya qalıb. Mən nə bilim hardadılar. Hərəsi öz evində. Məni təbrik etməyiblər”.
Qeyd edək ki, Röya Ayxanla Nigar Camal arasında “bunu” kəlməsinə görə qalmaqal yaşanmışdı. “Altın kelebek” zamanı Röyanı görən Nigar “Bunu kim çağırıb” sözlərini deyib. Onun bu reaksiyası qarşı tərəfi əsəbiləşdirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub