Türkiyəli tanınmış müğənni Merve Özbey duet ortağı DJ Erdem Kınayla “Quba Palace” hoteldə konsert proqramı ilə çıxış edib.
Mynews.az-ın məlumatına görə, üçüncü dəfə Azərbaycana gələn ifaçı Oxu.Az-a açıqlamasında Qubaya ilk dəfə gəldiyini deyib:
“Üçüncü dəfədir Azərbaycana gəlirik. Burada ən çox toylara gəlmişik. Qubaya isə heyran qaldım, çox əyləncəli şəhərdir. Hətta bura tətilə belə gələ bilərik. İşlərimiz çox olmasına rəğmən, Azərbaycana gələndə stress bitir”.
Yıldız Tilbenin “Yıldızlı şarkılar” adlı albomunda “Vuracak” mahnısı ilə ön plana çıxan müğənni layihənin bir parçası olduğu üçün qürur duyduğunu dilə gətirib:
“Bu layihə mənim üçün çox önəmli idi. Onun albomunda olmaq çox gözəl hissdir. Əmək xərclədik, dinləyicilər də bizi tək buraxmadı. Yeni işlərimiz gəlir. Erdem Kınayla yeni albomumuz yaxın aylarda təqdim olunacaq”.
Müğənni daha sonra onu konsertə hazırlamaq üçün Əməkdar artist Röya Ayxanın bütün komandasını göndərdiyini bildirib:
“Röya çox yaxın dostumdur. Bu gün məşqləri olduğuna görə yanıma gəlməsə də, bütün komandasını bura göndərib”.
Qeyd edək ki, müğənnini səhnəöncəsi tanınmış stilist Elnur Həsənov bəzəyib. Merve səhnəyə Röya Ayxanın 2014-cü ildə “Mənəm” adlı solo konsertində geyindiyi, modelyer Səbinə Hüseyn imzalı geyimdə çıxıb.
O, daha öncə Röyanın başqa geyimini yoxlasa da, sonda qərar dəyişdirərək üzəri şüşə ilə örtülü paltarda səhnəyə çıxıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub