Azərbaycan teleməkanının ən populyar şoularından olan "Maşın” realiti-şousu efirə qayıdır.
AZXEBER.COM xəbər verir ki, xalq artisti, tanınmış şoumen Murad Dadaşovun "Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də ATV-də ekranlara çıxacaq.
"Xanımlar və cənablar 2” adlanan şou "Maşın”ın 16-cı buraxılışı olacaq. Həmişə olduğu kimi bu dəfə də "Maşın”da 18 tanınmış sima mübarizə aparacaq.
Şounun iştirakçıları ilə bağlı müəyyən fikirlər mövcuddur. Qeyd edilir ki, iştirakçılar arasında meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə, müğənni Damla, Şəbnəm Tovuzlu, "Eurovision 2012” təmsilçimiz Dilarə Kazımova, aparıcılar Firuzə Cəlilova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, müğənni və aktrisa Ruhəngiz Musəvi, "Qurd" ləqəbi ilə tanınan Fərid Eminov, Murad Arif, müğənni Vasif Əzimovun adları var.
Şou hər axşam saat 22:15-də yayımlanacaq.
Xatırladaq ki, "Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale "Nissan Altima” avtomobilinə sahib olub.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub