Ötən gün motosiklet qəzasında həyatını itirən aktyor Arda Özirinin ölümü həmkarlarına pis təsir edib.
Mynews.az xəbər verir ki, aktyorun dostları onun ölümünə biganə qalmayaraq sosial şəbəkədə paylaşım ediblər.
Engin Altan Düzyatan:
"Canım qardaşım, sinif yoldaşım, dostum Arda Özirini itirdik. Deməyə söz tapmıram, çox pərişanam. Allah məkanını cənnət eləsin".
Timur Acar:
"Necə yazacağımı bilmirəm. Canımız, qardaşımız Ardanı itirdik. Ailəsi və yaxınlarına səbr diləyirəm. Məkanın cənnət olsun, qardaşım".
Rıza Kocaoğlu:
"Canımız, qardaşımız Ardanı itirdik. Çox kədərliyəm. Yerin cənnət olsun. Sənin üçün çox darıxacağıq".
Gonca Vuslateri:
"Arda Öziri... Allah rəhmət eləsin. Ailəsinə yaxınlarına, sevənlərinə səbr diləyirəm".
Gözde Kansu:
"Arda Öziri... Səni itirdik... Həyat, nə qəribəsən. Ailənə də, biə də min səbr. Çox təəssüf, çox".
Kaan Urgancıoğlu:
"Məkanın cənnət olsun. Səni həmişə yaxşı xatırlayacam".
Qeyd edək ki, A.Öziri sonuncu dəfə “Diriliş Ertuğrul” serialında “Göktuğ” obrazını canlandırıb. 40 yaşlı aktyor “Akasya Durağı”, “Ruhsar”, “Dadı”, “Ah Be İstanbul”, “Aşkın Bedeli” və digər seriallarda oynayıb.
(mənbə-axşam.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub