Müğənni Aynur Dadaşova uzun fasilədən sonra yenidən sənətə qayıdıb.
Sənətçi bu dəfə yeni mahnılar da yazdırıb. Dadaşova ailə qurduqdan sonra həyat yoldaşı ona müğənnilik etməyə icazə vermirdi.
Əldə etdiyimiz məlumata görə, Aynur həyat yoldaşından ayrılıb. Hətta sənətçi ötən il efirə qayıdanda da onun ərindən ayrıldığı xəbəri yayılmışdı. Ayrılığa səbəb isə qarşı tərəfin xəyanəti olmuşdu. Daha sonra cütlük yenidən barışmış və ifaçı səhnədən uzaqlaşmışdı.
Bu günlərdə "5/5" verilişində qonaq olduğu zaman da aparıcı Zaur Kamal ona söz atmışdı. O, Dadaşovaya "İndi kimdən küsüb efirə qayıtmısan? Həmişə küsəndə, efirə çıxır. Özü bilir ki, kimi və nəyi deyirəm" sözlərini demişdi. Sənətçi isə ona "Zaur, məni dilə salma, yenə başlama" cavabını verib.
Qeyd edək ki, Aynur 8 illik fasilədən sonra 2016-cı ilin sonunda efirlərə çıxıb. 2017-ci ilin ortalarında isə o, yenidən sənətdən uzaqlaşmışdı.
Dadaşovanın iki övladı var.
axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub