“Maşın” şounun ikinci günündə səsvermənin müzakirəsi zamanı dava düşüb.
Oxu.Az xəbər verir ki, davaya səbəb Əli Mirəliyevin “Buradakılar ipiqırıqdılar” ifadəsi olub.
“İpiqırıq” sözünə isə meyxanaçı Ələkbər Yasamallı etiraz edib. O, Əli Mirəliyevin “cəm” danışmamasını deyib.
Mirəliyev isə daha sonra sözünü dəyişərək “Mən musiqiçiləri nəzərdə tuturam. 50 ildir bu sənətdəyəm bunların ipiqırıqdır. 5-10 manatdan ötrü atalarını, analarını satarlar”.
Əlinin fikrinə etiraz edənlərdən biri də Roza Zərgərli olub. O, araya girərək Yasamallını sakitləşdirməyə çağırıb.
Əli Mirəliyev isə səsini qaldıraraq “Ala, səndən danışan yoxdur, sən meyxanaçısan, musiqiçi deyilsən. Atın mənim şəklimi, səsverməyə mən çıxacam” sözlərini işlədib.
Müzakirə zamanı Aytən Səfərova maşının ön hissəsində duran birinin fotosunu atacağını söyləyib.
Avtomobilin ön tərəfində isə Hüseyn Əzizoğlu, Fira Cəlilova, Roza Zərgərli və Pərvin Abıyeva olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub