Xəbər verdiyimiz kimi ötən gecə sosial şəbəkələrdə ARB telekanalının aparıcısı Afət Rahilqızının ölüm xəbəri yayılsa da, çox keçmədi ki, bunun şaiyə olduğu üzə çıxdı.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, sözügedən xərin yayılması Rahilqızını özündən çıxarıb:
“Danışa bilmirəm, çox əsəbiyəm. Əlim-ayağım əsir. Dostlarımdan ayrılıb evə gəlmişəm. Görmüşəm işıqlar keçib, telefonu söndürüb yatmışam. Bununla ölüm yuxusuna getməmişəm ki? Mənim ölüm xəbərimi yayan hər kimdirsə, onu bu müqəddəs günə tapşırıram. Hamı havalanıb, hər kəs mənə zəng edir. Mən kimə nə etmişəm axı? Sizə yalvarıram, mən niyə bu stressi yaşamalıyam?”, deyə aparıcı şəxsi “instagram” səhifəsində məsələyə münasibət bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub