ATV-də "Xanımlar və cənablar 2" devizi ilə yayımlanan "Maşın" şounun ilk buraxılışı baş tutub.
Mynews.az-ın məlumatına görə, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Roza Zərgərlini sms səsverməsinə çıxarıblar.
İfaçı verilişin əvvəlindən səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun gedişatında aparıcı Fira Cəlilovanı uzaqlaşdıracağını bildirib.
Sonda R.Zərgərli 57,72 faiz səs yığaraq verilişdə qalıb. Lakin proqramın gedişatında səhvən meyxanaçı Ələkbər Quliyev əlini maşından götürdüyü üçün ifaçı şoudan başqa iştirakçını çıxartmayıb.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub