Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maşınından oğurluq edilən Salehdən - AÇIQLAMA

Aparıcı Saleh Bağırovun avtomobilindən oğurluq edilib. Hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində baş verib. S.Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Mynews.az-ın məlumatına görə, SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Bir neçə gün bundan əvvəl saat 5-6 radələrində avtomobilimdə oğurluq hadisəsi baş verib. Belə ki, A.M.Şərifzadə 241 ünvanında magistral yolun kənarında maşınıma basqın edilib. Avtomobilimin salonu pis vəziyyətə salınıb. Mənə aid olan qara rəngli əl çantası və şəxsi əşyalarım (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və texpasport, xidməti vəsiqələrim, pul və.s) oğurlanıb. Dərhal polis bölməsinə müraciət etdim.Yasamal rayonu 29-cu Polis Bölməsinin əməkdaşları çox çəkmədən hadisə yerinə gəldilər. Apardıqları əməliyyat nəticəsində 2 saatın içərisində hadisəni törədən şəxs tutuldu. Çantam və sənədlərim hələ də axtarışdadır. Oğrunun dediyi yerlərdə də əməliyyat aparılır. Amma hələ də sənədlərim tapılmayıb. Hər kəsdən xahiş edirəm. Təsadüf nəticəsində mənə aid olan sənədləri tapsanız mənimlə əlaqə saxlayıb, sənədlərimin qaytarılmasında kömək olsınız. Allah hər kəsi bu cür xətalardan qorusun. Əfsuslar olsun ki, bu cür hadisələrin sayı artıb. Hamıya belə hadisələrlə rastlaşmamaqları üçün diqqətli olmalarını məsləhət görürəm".

Qeyd edək ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...