Maşın” şouda növbəti qalmaqallı görüntülər ortaya çıxıb.
Mynews.az xəbər verir ki, yarışmanın iştirakçılarından olan müğənni Əli Mirəliyev oyunun ilk günü əlini maşının üzərindən çəkib.
O, şounun ilk günü olduğundan diqqətsiz davranıb və verilişin qaydalarını pozub. Belə olan halda Ə.Mirəliyev yarışmanı hamıdan öncə tərk etməli idi.
Xatırladaq ki, dünən “Maşın”da mübarizəni yarımçıq qoyan meyxanaçı Ələkbər Yasamallı da səhvən əlini avtomobilin üstündən götürüb. Verilişin aparıcısı Murad Dadaşov isə bunu ört-basdır etməyə çalışıb.
Lakin görüntülər mediada və sosial şəbəkələrdə yayıldıqdan sonra o, məcburiyyət qarşısında qalaraq həmin kadrların efirə verilməsini istəyib. Nəticədə isə Ələkbər Yasamallı qaydalara uyğun olaraq oyunu yarıda qoyub.
Maraqlı məqam ondan ibarətdir ki, dünən adlarını çəkdiyimiz hər iki iştirakçı arasında mübahisə yaşanıb və eyni aqibətlə qarşılaşıb. Görünür, elə ilk gündən maşın uğrunda mübarizə aparmaq onlara çətin gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub