Müğənni Sevda Sanəliyeva nə üçün hər zaman qara geyinməyinin səbəbini açıqlayıb.
Mynews.az-ın məlumatına görə, sənətçi “Xüsusi layihə”də qonaq olarkən bildirib ki, artıq çəkidən əziyyət çəkir:
“Köklüyüm məndə kompleks yaradıb. 6,5 kiloqram arıqlamalıyam. Əslində 3 kiloqramım qalmışdı, amma Novruz bayramı gəldi, şəkərburaları yedim və kökəldim. Həyat yoldaşımdan olsa, bütün günü yeyərəm. Onun düşüncəsi ilə hərəkət etsəm çox yeyib kökəlməliyəm. Çox işlədiyimi görür, istəyir yaxşı qidalanım. Əvvəl sağlam yolla arıqlamırdım, ac qalırdım. Amma indi dietoloq köməkliyi ilə arıqlayıram. Düşünürdüm ki, aclıq etsəm arıqlayacam. Amma ac qalanda əzələ parçalanır, yağ qalır”.
Sevda sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən söz açıb:
“Çox əsəb keçirtdiyim dönəm var idi. Gözümdən yaş əskik olmurdu. Gördüm ki, özümə əziyyət verirəm. Uşaqlarıma baxdım, özümü yığışdırdım. Çox pis rəy yazanı isə polisə şikayət etdim.
İkinci ailə qurmağımı əvvəl gizlətdim, açıqlamadım. Bunu gec üzə çıxartdım. Tədbirlərə getdik, şəkillərimiz çəkildi və hamı bildi. Qadın ikinci dəfə ailə qurduğu üçün qınanmamalıdır. İkinci dəfə ailə qurması qəbahət deyil, hamının haqqıdır. Bütün əziyyətlər qadınların üstündədir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub