Bakıda Anadolu Universitetinin filialı fəaliyyət göstərir, və ya özlərini belə adlandırırlar. Bu universitet haqqında istər mətbuatda, istərsə də sosial mediada dəfələrlə mənfi yazılar yer alıb.
Mynews.az Minval.İnfo-ya istinadən xəbər verir ki, distant təhsil təklif edən universitet haqqında yüzlərlə şikayətçi tələbə var.
Bu təhsil mərkəzi Anadolu Universitetinin Bakı filialı kimi reklam edilir. Lakin iddia olunur ki, ortada filial mövcud deyil, sadəcə universitetlə tərəfdaşlıq edir.
Ən böyük problem isə bu universitetin verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır.
Belə ki, tələbə illik 2000 avro pul ödəyib, 4 il distant (online dərs almaq üsuludur) alır, amma onun diplomu tanınmır.
İndi isə belə bir qalmaqallı yeri ölkənin ən çox reytinqi olan şousunda Murad Dadaşov reklam edir. Bu da tələbə olmaq istəyən yüzlərlə gəncin gələcəyini sual altına qoymaq deməkdir.
Belə ki, ATV telekanalında yayımlanan "Maşın Şou” yarışmasına sponsor olan bu nümayəndəlik Murad Dadaşov tərəfindən reklam edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub