Şou-biznesə yeni qayıdan müğənni Aynur Dadaşova bu aləmdə olan düşmənləri barədə danışıb. Mynews.az Lent.az-a istinadən məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, şou-biznesdə düşmənləri var:
“İmam Əlinin belə bir sözü var ki, əgər insanın düşməni yoxdursa, demək ki, o heç zaman sözün düzünü demir. O adamın düşməni olur ki, sözün düzünü deyir. Hamı hamını sevə bilməz. Mən məcbur edə bilmərəm ki, bütün tamaşaçı məni istəsin. İstəyən də, istəməyən də sağ olsun. Düşməni olmayan adam var? Düşmən o kəsə deyərəm ki, gəlsin üzümə desin və mənlə düşmənçilik aparsın. Əgər hünəri varsa. Yoxsa siçovul kimi ayağımın altında dolaşırsa, demək ki, zəif insandı. Əgər özünü güclü bilirsənsə, çıx qarşıma, mənlə düşmənçilik apar. Barəmdə nə danışırlarsa, hamısını eşidirəm və deyirəm ki, Allah görür. Amma mənə pis olana da yaxşı olmuşam”.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub