Müğənni Roza Zərgərli ilə aparıcı Günel Hümbətova arasında “Maşın” şou zamanı qalamqal yaşamıb.
Mynews.az-ın məlumatına görə, efirdə xanımlar bir-birinin ünvanına kobud sözlər səsləndiriblər.
Dava R.Zərgərlinin səs topladığı təqdirdə Güneli şoudan çıxarmasından sonra başlayıb.
“Günel iki gündür bütün otaqları gəzir. İnsan sevdiyi, dostluq etdiyi ilə necə mübarizə aparar?” deyə, Roza bildirib.
“İnsanın iç üzünü belə açmaq lazım idi. Roza 5 il bundan əvvəlki “Maşın” şoudakı oyunu davam etdirir” deyən, Günelə Roza daha da əsəbiləşib və qışqıraraq bunları deyib:
“Sən ikiüzlü insansan. Maskan bu gün o oğlanın ayağının altına atılacaq (aparıcı Murad Dadaşovu göstərir – red.), bitdi. Sən gəldin mənim otağıma qruplaşmama girdin. Tərbiyən olsun”.
Günel isə “Danışığına fikir ver. Danışıq tərzin bu cürdür, gözəl başa düşürəm. Yalandır…” cavabını deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub