Yeşilçamın əfsanə ismi, aktyor Tarık Akanın böyük qardaşı Turgut Üregül onun vəfatından 1,5 il sonra səssizliyini pozub.
O, aktyor haqqında gizlinlərin üstünü açıb. T.Üregül bildirib ki, T.Akana "Millət vəkili ol, dövlətə qulluq et" desə də, Tarık ona qulaq asmayıb:
"Dindar ailəmiz var. Amma Tarık bizim kimi olmadı, kommunist çıxdı. Onu Nazım Hikmet vəqfindən olan dostlarına görə Quran belə oxumadan dəfn etdik.
T.Üregül hazırda inşaatda işləyir, ticarətlə məşğuldur:
"Mənim atam millətçi idi. Tarıkın da atası Kağıthanedəki Sadabad məscidində baş imam olub. Bütün ailəni araşdırdım. Hər kəs dinə hörmət edir, bu isə kommunist çıxdı. Necə oldu bilmədim. Atamla danışdım, "Kommunistəm, ateistəm, Nazım Hikmetçiyəm deyərək bizi biabır edir, qoy mən onu yola gətirim" dedim, amma bacarmadım".
Mərhum aktyorun qardaşı onun bacısı ilə də aralarında problemlər yaşadığını dilə gətirib:
"Kiçik bacısı ilə də yola getmirdi. Bizim uşaqlarımızla öz uşaqlarını görüşməyə icazə vermədi. Belə hərəkətlərinə görə ondan incidim. O öləndən sonra da uşaqlarımız birbiri ilə görüşmür, danışmır.
Qardaşımın yaraşıqlı olmasından istifadə etdilər
T.Üregül Tarıkın aktyorluq etməsinə ilk vaxtlarda qarşı çıxıdğını etiraf edib. O, qardaşının kommunist fikirlərinin formalaşmasında rejissor, aktyor Yılmaz Güneyi günahkar hesab edib:
"Yılmaz Güney Tarıkı başqa istiqamətə çəkdi. 3 ay ayrı-ayrı yerlərdə həbsdə yatdı. Onu həbsdən xilas etmək üçün 6 ay getmədiyim yer qalmadı. Onu həbsdən çıxardıqdan sonra "Bir daha belə işlərə qarışma" desəm də bildiyini etdi.