ATV-də yayımlanan "Maşın şou"da növbəti qalmaqal yaşanıb.
Mynews.az-ın məlumatına görə, şounun iştirakçıları keçmiş ANS-çilər Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında söz dueli yaşanıb.
Qalmaqal aktyor Cavidan Novruzla Aytən Səfərova arasında mübahisədən yaranıb.
Mətanət Cavidana "Aytən kimdir ki, ona görə əsəbiləşirsən?” fikrini səsləndirib və bu da efirdə yayımlanıb. Bu zaman Mətanət söz istəyib. O, bildirib ki,bura "Maşın şoudur. Mən burda əylənir, şpakat açıram: "Hətta mən ayağımı başıma da qaldırıram. Bu gimnastikanın bir növüdür. Gimnastikada Azərbaycanda ən yüksək inkişaf etmiş idman növüdür. Mən zarafatcıl insanam və bundan sonra da belə olacaq. Bəziləri kimi mıx kimi durub yerimdə qalmayacam.”
Aytən Səfərova isə Mətanətə cavabında bunları bildirib: "Sən məni yaxşı tanıyırsan. Sənin bu addımına görə səni müdafiə edib işdən getmişəm.”
Şounun aparıcısı Murad Dadaşov iştirakçılara iradını bildirib və şəxsi məsələlərini müzakirə etməyin düzgün olmadığını qeyd edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub