Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunu ötən gün reper Qurd tərk edib.
Mynews.az-ın məlumatına görə, sənətçi şouda uduzması ilə bağlı açıqlama verib. O, video paylaşaraq bunlarıd eyib:
“Mənə səs verən və verməyənlərə təşəkkür edirəm. Bilirəm ki, səs verməyənlər dua ediblər ki, mən uduzum. Özüm qəsdən ən çətin rəqibi seçdim ki, mənə yaraşan budur. Kişi kimi də uduzdum. Mənə layiq olanı budur. Başqalarını, zəifləri seçə bilərdim, amma mənə yaraşmaz. İstəyirdim özümü sınayım, qalib gəlim. ATV-nin aparıcısıdır, ATV-də gedən bir şouda qalib gəlmək çətin olar. Çox az faizlə uduzdum”.
Qeyd edək ki, ötən gün ən çox fotosu atılan və səsverməyə çıxan Qurd olub. O, səs topladığı təqdirdə aparıcı İlhamə Bədəlovanı şoudan göndərəcəyini bildirib. Sonda isə Qurd 48,38 faiz səslə şoudan özü getməli olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub