“Maşın” realiti-şousunda aparıcılar Aytən Səfərova ilə Mətanət Əliyeva arasında yaşanan qalamqal yenidən alovlanıb.
Mynews.az-ın məlumatına görə, bir neçə gün əvvəl Aytən səsverməyə çıxıb və hər kəs Mətanəti uzaqlaşdıracağını gözləsə də, o, bunu etməyib.
Bu gün A.Səfərovanın İnstaqramında müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, Aytən həmkarını şoudan uzaqlaşdırmadığı üçün peşman olub:
“Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”.
Qeyd edək ki, A.Səfərova səsvermə zamanı yüksək səs toplasa da, Mətanəti uzaqlaşdırmayıb. Əvəzində isə aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. Onun bu addımı sosial şəbəkələrdə tənqid edilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub