ARB telekanalında yayımlanan "Qadın klubu" verilişinin qonağı Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova olub.
Şükürova həyat yoldaşının ona olan sevgisinən bəhs edib. Bildirib ki, sevgi hər zaman insana stimul verir.
"Qadın elə sevginin özüdür. Mənə görə sevgi qarşılıqlı hörmət, anlayış, xoş münasibət deməkdir. Mən bütün bunları öz həyat yoldaşımdan görürəm. Onu daha da çox sevirəm. İstəyərdim ki,bütün kişilər həyat yoldaşına onun kimi hörmət eləsin. Onun kimi anlayışlı olsunlar. Çünki qadın həmişə bu həyatda özünə hörmət, qayğı istəyir. Qadın bunları hiss etdikcə daha da yüksəlir, yaxşı yemək bişirir, yaxşı qulluq edir".
Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub."Qaynarinfo"
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub