“Bollivud kralı” adlandırılan Hindistan kinosunun ulduzu Şahrux Xan ilə görüş zamanı yaranmış izdihamda bir nəfər ölüb.
Bu barədə Mynews.az Report-a istinadən xəbər verir.
Aktyor baş rolda oynadığı “Zəngin” filminin təqdimat turu çərçivəsində Qucarat ştatında Vadodara şəhərinə səfər edib. Fanatlarla görüş vağzalda keçirilib. Şahrux Xan qatarla gəlib və vaqondan düşmədən qapıda avtoqraf paylamaqla kifayətlənib.
Aktyorun olduğu qatar hərəkət edəndən sonra fanat kütləsi çıxışa tərəf istiqamətlənib. Nəticədə basırıq yaranıb və Fərid Xan Pathan adlı şəxs nəfəs çatışmazlığından boğularaq ölüb.
Aktyor mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, 51 yaşlı Şahrux Xan Bollivudun ən məşhur aktyorlarından biri hesab olunur. O, 70-dən çox filmə çəkilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub