“Maşın” realiti-şousunda ATV-nin aparıcıları arasında çox dava olması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Mynews.az-ın məlumatına görə, bu dəfə aparıcılar İlhamə Bədəlova ilə Aytən Səfərova arasında dava düşüb. Aytən İlhaməni insanları alçaltmaqda, onlara yuxarıdan aşağı baxmaqda günahlandırıb.
İlhamə isə ona etirazını bildirib və əsəbi olduğunu deyib:
“Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra... Başımda ağıl var, narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz? Mən əsəbiyəm”.
A.Səfərova isə səs tonunu yüksəldərək İ.Bədəlovaya bunları söyləyib:
“İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Olmaz insanlara demək ki, kimsən qarşımda oturursan? Sən kraliçasan, Vişnunun (hinduizm dinində tanrı) arvadısan, kimsən? Ona görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub