“Hörmətli azərbaycanlılar, sizlərdən mənə çox mesaj gəldi. Ona görə də izah etmək məcburiyyətində qaldım. Baxın, hadisənin sizinlə heç bir əlaqəsi yoxdur”.
Mynews.az-ın məlumatına görə, bu sözləri azərbaycanlı iş adamından əxlaqsız təklif alması ilə gündəmə gələn türkiyəli aktrisa Özge Borak deyib. Bununla bağlı İnstaqram səhifəsində paylaşım edən Özge bildirib ki, azərbaycanlılar dayanmadan ona mesajlar yazır:
“Yazılan mesaja inanmamışam. O şəxsin kim və haradan olduğu, yazanın həqiqi olub-olmaması mənim üçün önəmli deyil. Bu səbəbdən adını açıqlamamışam.
Etdiyi zarafat belə olsa, qəbul edilməzdir. Bu səbəbdən onu həddini bilməyən biri kimi qiymətləndirirəm. Sırf “mən azəriyəm” dedi deyə bunu bütün azərbaycanlılara şamil etmək düzgün deyil. Mən sadəcə olaraq demək istəyirəm ki, aramızda bu cür insanlar var”.
Qeyd edək ki, aktrisa Rusiyada yaşayan bir azərbaycanlı iş adamının ona bir gecə üçün 1 milyon təklif etdiyi mesajı sosial şəbəkədə yayımlamışdı.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub