USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Rahidə Baxışova yeni mahnısını təqdim edib

16:34 24.01.2017
Rahidə Baxışova yeni mahnısını təqdim edib
16:34 24.01.2017
Müğənni Rahidə Baxışova “Kül oldum” adlı mahnısını təqdim edib.
Mynews.azn məlumatına görə, bəstənin söz və musiqisi Zülfi Bədəlov, aranjimanı Elvin Musayevə məxsusdur.
 
Uzun müddət sənətdən ayrı qalan R.Baxışova bəstəkar dostlarının ona dəstək olduğunu deyib: “Heç kimə sirr deyil ki, uzun illər sənətdən ayrı düşmüşdüm. Yenidən sənətə qayıtdığım zaman bir çox bəstəkar dostlarım yeni mahnılar təklif etdilər. Onlardan birini də bu gün dinləyicilərin ixtiyarına verirəm. Düşünürəm ki, 2017-ci ildə təqdim etdiyim ilk mahnı mənə düşərli olacaq. Məhz bu bəstə üçün fotosessiya da etdirdim. Hər zaman qalmaqaldan, söz-söhbətdən uzaq olmuşam. Bundan sonra da belə olacaq. Bu il mənim ilim olacaq. Çünki maraqlı bir layihə üzərində işləyirəm”. 

Xəbər lenti