ARB-nin “Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərlə əməkdar artist, aktrisa Nahidə Orucova arasında söz atışması olub.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, Elgiz çoxuşaqlı ulduzlardan danışıb:
“Verilişlərin birində dedilər ki, kiminsə altı uşağı var, biri yanındadır, beşi onun-bunun qapısında, küçələrə düşüb. Buna görə də dedim ki, elə bir uşaq olsa yaxşıdır”.
Aktrisa N.Orucova bu sözün qarşılığında Elgizə “Ona görə bir qızın var?” sualını verib.
Sualdan inciyən Elgiz aktrisaya belə cavab verib:
“Qocalmışam ki? Həyat davam edir, hələ vaxt var, yavaş-yavaş olacaq. Siz deyirsiniz ki, ”stop”. Ailə qurma, uşaq dünyaya gətirmək fikriniz yoxdur? Bəs niyə bu qədər xərc çəkib, bıçaq altına girdiniz, əməliyyat olunduz?”.
N.Orucova onun sözlərindən narazı qalıb:
“Bıcaq altında yatmamışam. Arıqlamağım sağlamlığımla əlaqədardır. Çox təəssüflənirəm ki, uşağımın bacısı, qardaşı yoxdur. Ancaq ikinci uşağı böyütmək üçün vaxtım olmadı. Bir də ki, mənim uşaq doğan vaxtımdır?”
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub