Ötən gün aktyor Cavidan Novruz az səs toplayaraq “Maşın” şounu tərk edib.
Mynews.az-ın məlumatına görə, yarışmada qalan iştirakçıların əksəriyyəti cavidan üçün tamaşaçılardan səs istəsə də, bu ona kömək olmayıb.
C.Novruz səs topladığı təqdirdə aparıcı Aytən Səfərovanı oyundan uzaqlaşdıracağını bildirib. Nəticədə isə 17,98 faiz səs toplayaraq özü şounu tərk etməli olub.
Proqramın aparıcısı, xalq artisti Murad Dadaşov cavidanın xanımların qurbanı olduğunu deyib:
“Cavidanın bu gün getməsini sabah araşdıracayıq ki, kim günahkardır. Cavidan birinci dəfə şouda iştirak etmək üçün gənc idi, anlamadı. Amma ilk gündən ona bunu çatdırmaq istəyirdim. Əminliklə deyirəm ki, Cavidan xanımların oyununun qurbanı oldu”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub