"Şəxsiyyətimə, şərəfimə, mənə dəyər verən insanlara, ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib, burada şəklini paylaşardım. Amma çox şükürlər olsun ki, buna ehtiyac qalmır. Hər səviyyəsizə görə dəyməz”.
Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızının ünvanına təhqir yazan bir şəxsin şəklini paylaşaraq, ona cavab verib:
"Bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var. Sənə xəbərdarlıq olundu ki, ay murdar, ağıllı ol, olmadın. Canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər. Sənin kimilərə qızıl vaxtımızı sərf edəcək qədər bekar deyilik. Amma gözəl ölkəmizin daşdan keçən qanunları var. Bu gün evində, isti yorğan-döşəyində doyunca yat. Çünki sabah çox yorulacaqsan, yatmağa da yerin olmayacaq. Mənim şəxsi həyatım və uşağımın atası səni maraqlandırır? Sabah bütün tərcümeyi halımı sənə oxutduracaqlar. Bu və bunun kimi özünü kişi hesab edib, əslində qadına belə yaraşmayan qeybət və murdarlıqla məşğul olan hər kəsə dərs olsun”.
Qeyd edək ki, Vüsalə həmin şəxsin onun övladının fotosuna "Bu uşaq kimin uşağıdır? Atasının adını bilən olsa, mənə də yazsın zəhmət olmasa” sözlərini yazdığını bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub