Şou-biznes nümayəndələri onları təhqir edən istifadəçiləri polisə şikayət edirlər

953
Şou-biznes nümayəndələri onları təhqir edən istifadəçiləri polisə şikayət edirlər

Son günlər şou-biznes nümayəndələri arasında onları təhqir edən istifadəçiləri tapıb polisə şikayət etmə halı artıb.

Mynews.az axşam.az-a istinadən bildirir ki, bunu ilk dəfə əməkdar artist Röya Ayxan etmişdi. O, sosial şəbəkədə ünvanına təhqir yazan gənci tapıb gətizdirmiş və onun üzr istəyən yerdə videosunu çəkərək yaymışdı.

Müğəni Nura Surinin də onu təhqir edən bir izləyicisini polis vasitəsilə şöbəyə çağırtdırıb. Daha sonra isə ondan üzr istətdirdiyi videonu sosial mediada yayıb.

Aparıcı Vüsalə Əlizadə övladının ünvanına xoşagəlməz söz yazan şəxsin fotosunu paylaşaraq onu tapacağını və polisə gətirtdirəcəyini yazıb.

Müğənni Şəbnəm Tovuzlu da bir neçə gün əvvəl İnstaqramında paylaşım edərək bir izləyicisinə hədə-qorxu gəlmişdi. O, təhqir yazan hər kəsi tapıb cəzalandıracağını vurğulayıb.

Müğənni Xatun Əliyeva isə xanım izləyicisini şikayət edib. O, ünvanına təhqir yazan xanımın fotosunu paylaşaraq, polisə çağrıldığını bildirib. 

Müğənni Sevda Sanəliyeva isə ona təhqir yazan iki izləyicisini polisin əli ilə cəzalandırıb. 

Müğənni Nadir Qafarzadə isə "Görürdüm ki, kişilikdən xəbərsizlər kişilik dərsi keçmək istəyir. Amma bu yaxınlarda məni təhqir edən insanı hüquqi yolla tapdıq. Yalvardı ki, qələt eləmişəm, məni bağışla. Mən də onu gəncliyinə bağışladım. Amma bu gündən sonra bağışlamayacam. Polisin köməkliyi ilə yoluna qoyacam" deyə açıqlama yaymışdı.

Xəbər lenti