Tanınmış müğənni Təranə Qumral barəsindəki cinayət işi üzdə məhkəmə prosesi başlayıb.
Mynews.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkələrin vəkili Ceyhun Yusifov vəsatət verərək işlə tanış olmadığını deyib. O, məhkəmədən vaxt istəyib.
Hakim vəkil Ceyhun Yusifovun vəsatətini təmin edib və prosesi iyunun 14-dək təxirə salıb.
Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl baş tutan məhkəmə prosesində həmkarı Nazəninə uduzmuşdu. Lakin buna baxmayaraq o, məhkəmənin qərarını icra etməyib. Belə ki, daha əvvəl keçirilən məhkəmə prosesinin yekununda qərar çıxarılıb ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Lakin uzun müddət keçsə də, cavabdeh tərəf hər iki qətnaməni üzrlü səbəb olmadan icra etməyib. Buna görə də T. İbrahimova barəsidə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət işi qaldırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub