Yerli ulduzların özləri qədər məşhur qohumları - FOTOLAR

1065
Yerli ulduzların özləri qədər məşhur qohumları - FOTOLAR

Şou-biznes nümayəndələrindən bəzilərinin bir-biri ilə qohumluq münasibəti var. Onlardan bir çoxu bacı-qardaş, bir çoxu ər-arvaddır, bəzilərinin isə müxtəlif qohumluq əlaqələri var.

Qohum olan tanınmışlardan bir neçəsini təqdim edirik:

Əməkdar artist Röya Ayxanın qardaşı İsmayıl da elə özü kimi müğənnidir.

///Axşam.az 

Müğənni Xatun Əliyevanın qardaşı Balaş isə stilistdir.

Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emin Rəhmanoğlu müğənnidir. 

Xalq artisti Firəngiz Mütəllimovanın bacısı Nərgiz Mütəllimova isə aktrisalıqla məşğul olur. 

Rejissor Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova müğənnidir.

Müğənni-bəstəkar Murad Arifin bacısı Könül Arif aparıcıdır.

Jurnalist İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova da elə özü kimi aparıcıdır.

Müğənni Fədayə Laçının bacısı İlahə Fəda da müğənnidir.

Sevda Ələkbərzadə və Elmira Ələkbərzadə bacıları müğənnidirlər.

Müğənni bacılardan biri də xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarıdır.

Sevil və Sevinc Səfərova bacıları da müğənnidir.

Aparıcı Nəsib Nur müğənni Səidə Sultanınn bacısının həyat yoldaşıdır. 

Müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova stilistdir.

Müğənni Günel Zeynalova və Tunar Zeynalov bacı-qardaşdılar.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova da müğənniliklə məşğuldur.

Müğənni Rəqsanə İsmayılovannın qızı Aysun İsmayılova da elə anası kimi müğənnidir.

Aparıcı Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı isə türkiyəli müğənni Doğuşdur.

Əməkdar artist Elza Seyidcahanın oğlu Əkbər skripka ifaçısıdır. 

Keçmiş müğənni Safurə Əliyevanın həyat yoldaşı isə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir.

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva müğənnidir.

Aparıcı Zaur Baxşəliyevin həyat yoldaşı Günay Baxşəliyeva elə həyat yoldaşı kimi aparıcıdır. Hazırda cütlüyün birgə layihəsi də var.

Əməkdar artist Dilarə Əliyeva "Soy prodakşn”ın rəhbəri Oqtay Əliyevlə ailəlidir. Bununla yanaşı, aktyor Vüsal Murtuzəliyev aktrisanın qardaşıdır.

Xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu Ramal İsrafilov və bacısı oğlu Mirkamil Kamilov da müğənnidirlər.

 

Xəbər lenti