"Maşın” şouda səssizlik müddəti çox az çəkib və iştirakçılar arasında növbəti dəfə gərginlik yaşanıb.
Qutudan ən çox şəkli çıxan müğənni Əli Mirəliyev öz ənənəvi ampulasına geri dönərək sükutu pozub. Belə ki, o, verilişin bitməyinə bir saat qalmış sərt sözləri ilə yadda qalıb. Əli Mirəliyev hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu açıqlayıb və bundan sonra şouda ara qarışıb. O, bu seçimini aktrisanın yaşlı iştirakçılar barədə neqativ sözlər işlətməsi ilə izah edib.
Bundan əlavə, Əli Mirəliyev P.Abıyeva ilə danışarkən "maşını hansı pulla almısan?” deyərək atmaca atıb. Aparıcı Aytən Səfərova da müğənniyə dəstək olub və onunla aktrisa arasında mübahisə yaşanıb. İştirakçılar arasında söz savaşı zamanı P.Abıyeva aparıcıya "üzümə durursan” deyib.
Bundan əlavə, Əli Mirəliyev çıxış edərkən Pərvin Əbiyeva barədə işlətdiyi ifadəyə görə onun mikrofonunun səsi alınıb.
Lakin oyunun sonunda qalmaqalları ilə yadda qalan Ə.Mirəliyev şounu tərk etməli olub. Belə ki, səsvermənin nəticələrinə görə "Getsin”ə gələn səslər üstünlük təşkil edib. (Sfera)
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub