Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunu ötən gün müğənni Əli Mirəliyev tərk edib.
Mynews.az-ın məlumatına görə, sənətçi səs topladığı təqdirdə aktrisa Pərvin Abıyevanı oyundan kənarlaşdıracağını desə də, sonda özü uduzaraq şoundan getməli olub.
Şou bitdikdən sonra müğənni açıqlama verib. O bildirib ki, getməyinə heç də peşman deyil:
“Murad sağ olsun, şouda mənim görünməyən tərəflərimi də göstərdi. İnsanlar elə bilirlər ki, gəlirlər şou-biznesə nə gəldi oxudu, nə gəldi toy, villa... Məqsəd bunlardır. Əksinə, məqsəd həyatda məqsədyönlü olmaqdır. Məqsəd odur ki, insan istəyinə nail olsun. Maşın, villa, ev bahalı olması əsas deyil. Bahalı onun oxumasıdır. Tamaşaçılara sözüm odur ki, baxsınlar “Maşın”a, həyat davam edir. Sabah yenə ARB-dəyəm, yenə səhər verilişə çıxacam. Yenə çıxıb sözümü deyəcəm. Həmin Əliyəm, heç bir dəyişiklik olmayıb. Guya, o dəmir parçası mənə qismət olsa, mən dəyişəcəkdim? Dayanmışam, hirslənməmişəm. Öz fəaliyyətimdə, fikrimdə qalıram. Yaşasın mənim musiqim, Azərbaycan musiqisi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub