“Şou verilişdir. Əlbəttə ki, belə halların kütləviliyinin tərəfdarı deyilik. Yayımçılar arasında reytinq yarışı belə kuryoz hadisələrin efirə verilməsinə və reytinq yığılmasına rəvac verir”.
Mynews.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Sirdaş Rövşanə” də baş verən əlbəyaxa davaya münasibət bildirərkən deyib.
MTRŞ-nin nümayəndəsi bildirib ki, əsas məsuliyyət aparıcı Rövşanə Ağasəfqızına aiddir:
“Burada gərginlik iştirakçılar arasında baş verib. Əsas məsuliyyət və tələblər aparıcıya aiddir. Əgər aparıcı da bu gərginlikdə tərəf olsaydı, məsələyə başqa cür qiymət verə bilərdik. Amma yenə də deyirəm, şoudu, müzakirə verilişidir. Müəyyən fikir ayrılıqları, mübahisələr, gərginliklər ola bilər.
Bu, xarici ölkə televiziyalarında da olur. Bəzən görürsən ki, iştirakçılar arasında gərginlik yaşanır, aparıcı və ya digər personal vəziyyəti nəzarət altına almaqda çətinlik çəkirlər. Lakin bütün bunlarla yanaşı, bütün yayımçılar, xüsusilə verilişlərin yaradıcı heyəti dəvət olunan iştirakçıların seçilməsində diqqətli olmalıdırlar. Ümumilikdə bu sektorda çalışan hər kəs milli efirimizin səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub