“Maşın” realiti-şousunda aparıcı Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevaya barışıq əlini uzadıb.
Mynews.az-ın məlumatına görə, aparıcı Murad Dadaşov Aytənə Mətanətlə bağlı sual verib. İştirakçı isə cavab olaraq həmkarı ilə bundan sonra daha yaxın olacaqlarını deyib:
“Çünki dünənki və bundan əvvəlki oyun bizə çox şey göstərdi. “Maşın” şou doğrudan da çox böyük bir iş gördü. İki həmkarın, iki qadının arasında siz böyük bağlar yaratdınız. Buna görə mən sizə şəxsən təşəkkür edirəm. Əksinə, Mətanətlə biz bundan sonra daha yaxın olmağa çalışacağıq”.
Qeyd edək ki, iştirakçılardan biri olan Cavidan Novruzun zarafatlarını bəyənməyən A.Səfərova ona irad bildirmişdi. M.Əliverdiyeva isə Cavidanın tərəfini saxlamışdı. Aparıcılar arasında qalmaqal bundan sonra başlayıb. A.Səfərova səsverməyə çıxan zaman qalib gəlsə də, M.Əliverdiyevanı şoudan uzaqlaşdırmamışdı. Amma Mətanət səsverməyə şıxanda Aytəni uzaqlaşdıracağını demişdi. Sonda isə səs toplaya bilməyib özü gedib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub