Gözəl simalı insanlara həmişə həsəd aparırlar.
Hindistanda yaşayan Reşam Xanın da gözəlliyi həsədin qurbanı oldu.Kasıb ailədə yaşayan Reşam model fəaliyyəti ilə özünü və ailəsini yaşatmağa çalışırdı. Bir gün ingilis əsilli bir gənc onun üzərinə kislota tökdü. Qızın bütün sifəti yanıb, tanınmaz hala düşdü. Gözlərini isə kor olmaqdan həmin an gözündə olan linzalar xilas etdilər. Reşam Xanın dostları onun imkansız olduğunu nəzərə alaraq internet üzərindən kampaniya başlatdılar və qızın əməliyyatı üçün 30 000 funt sterlinq pul topladılar. Bir neçə dəfə plastik əməliyyatlara və reabilitasiya kurslarına gedən Reşam Xanın üzü 6 ay sonra yeni görkəmə qovuşub. Əvvəllər qalın makiyajla şəkillər çəkdirib üzündəki çapıqları gizləməyə çalışan model artıq sonuncu dəfə makiyasız şəkil paylaşmağa cəsarət tapıb. (Bizimyol.info)




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub