Müğənni Elariz Məmmədoğlu “Maşın şou”da yaşanan qalmaqallara münasibət bildirib.
Mynews.az-a açıqlama verən müğənni şou əhlini yıxıb-sürüyüb:
“12 il əvvəl mən də “Maşın şou”nun iştirakçısı idim. Həmin vaxtda da güclü iştirakçılar vardı. Onda şounun yaradıcısı Murad Dadaşova dedim ki, bu realiti şouda hər kəs öz simasını göstərir və necədirsə, elə görünür. Şəxs mədəniyyətsizdirsə mədəniyyətsizliyini, riyakardırsa, riyakarlığını, abırsızdırsa, abırsızlığını ortaya qoyur. Elə şou əhli var ki, efirə çıxıb özünü abırlı-həyalı, məsum göstərir, amma həyasızın biridir, şouda əsl həyasız simasını bəlli edir. Bu şou elədir ki, burada heç kim simasını gizlədə bilmir. Kişi, ya qadın iştirakçı olmasının fərqi yoxdur. Əlbəttə, bu şouda bir bahalı maşın var, hər kəs ona sahib olmaq istəyir. Hərə bir cür mübarizə yolunu seçir. Kimisi səs tonunu qaldırır, iştirakçıları təhqir edir, kimisi dava salır, kimisi də xətrinə dəydiyi insanla öpüşüb-qucaqlaşıb evinə gedir”.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub